İstanbul sahillərində mənşəyi bəlli olmayan pilotsuz dəniz vasitəsi aşkarlanıb
Bu gün yerli vaxtla saat 12:00 radələrində İstanbulun Yalıköy sahilində mənşəyi indiyədək müəyyən edilməyən pilotsuz dəniz vasitəsi aşkarlanıb.
Fhnews.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi yazılı açıqlama yayıb.
Məlumata əsasən, bölgəyə ölkənin təhlükəsizlik qüvvələrinin müvafiq qrupları cəlb edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində dəniz vasitəsinin aşkarlandığı ərazi nəzarətə alınıb, buradakı vətəndaşlar təxliyə ediliblər.
Qara dənizin şimalından gəldiyi ehtimal edilən pilotsuz aparatın uzunluğunun üç, genişliyinin isə bir metr olduğu bildirilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...