2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İstanbul Hava Limanı Avropanın ən işlək hava yük mərkəzi olub

26-02-2025
IMG

İstanbul Hava Limanı 2024-cü ildə 1,97 milyon ton yük daşımaqla Avropanın ən işlək hava yük mərkəzi olub.

Hava Limanı Operatoru İGA-nın sosial media hesabında yer alan paylaşımda "Avropa Hava Limanları Beynəlxalq Şurasının 2024-cü il hesabatına əsasən, biz Avropanın ən işlək  karqo hava limanıyıq və keçən il 1,97 milyon ton yük daşımışıq. Bu rəqəm bir əvvəlki ilə nisbətən 39,6 faiz artım deməkdir." ifadəsi yer alıb.

Paylaş: