2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İsraildə may ayından bəri 440 nəfərə Qərbi Nil qızdırması diaqnozu qoyulub

15-07-2024
IMG

İsraildə Qərbi Nil qızdırması yayılmaqda davam edir. May ayının əvvəlindən indiyədək 440 pasiyentdə bu xəstəlik aşkarlanıb.

Fhnews.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.

Onun məlumatına görə, 32 xəstə keçinib. Radiostansiya qeyd edib ki, İsraildə Qərbi Nil qızdırmasına yoluxma hallarının sayı artıq əsrin dörddə birində rekord həddə çatıb. Belə ki, onun məlumatına görə, 2000-ci ildə ölkədə 425, o vaxtdan bəri isə təkcə 2015-ci ildə 130-dan çox fakt qeydə alınıb.

Paylaş: