İspaniyadan Uruqvaya gedən təyyarə hava burulğanına düşüb
İspaniyadan Uruqvaya gedərkən şiddətli turbulentliyə görə Braziliyanın şimal-şərqindəki hava limanında təcili eniş etməli olan sərnişin təyyarəsində 36 nəfər yaralanıb.
“New York Times”ın məlumatına görə, İspaniyanın “Air Europa” aviaşirkətinə məxsus təyyarənin şiddətli turbulentlik səbəbindən Braziliyaya məcburi eniş etməsindən sonra Braziliya rəsmiləri açıqlama verib.
Bəzi sərnişinlər turbulentlik səbəbiylə təyyarədə baş, boyun və sinə nahiyəsindən xəsarətlər alıb. Yaralanan 36 sərnişinə tibbi yardım göstərilib, onlardan 23-ü xəstəxanaya yerləşdirilib, bəzi sərnişinlər isə şoka düşüb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...