İspaniyada uşaqların internet istifadəsinə nəzarət olacaq
İspaniya rəqəmsal mediada uşaqların təhlükəsizliyini artırmaq üçün yeni bir addım atır. İspaniyada solçu koalisiya hökuməti rəqəmsal internet mühitində uşaqları qorumaq və valideynlər tərəfindən məcburi nəzarət tətbiq etmək üçün yeni təcrübəyə başlamaq qərarına gəlib.Bunun üçün hökumət rəqəmsal internet mühitində uşaqların mühafizəsi və valideynlərin məcburi nəzarəti üçün yeni proqram tətbiq etməyə hazırlaşır.
Nazirlər Şurası tərəfindən qəbul edilən və Milli Məclisə təqdim edilən qanun layihəsinə uyğun olaraq, mobil telefonlar, planşetlər, kompüterlər və smart televizorlar kimi internetə qoşulan rəqəmsal cihazların istifadəsində effektiv və məcburi yaş yoxlama sistemlərinin tətbiqi nəzərdə tutulur.
Milli səviyyədə tətbiq olunacaq və valideynlərin uşaqlarının internet istifadəsinə nəzarət etmələrini tələb edəcək qanun layihəsində diqqət çəkən mövzular rəqəmsal mühitlərdə yetkinlik yaşına çatmayanlara qarşı cinayət törədənlərin internetə çıxışının qadağan edilməsi və ya saxta görüntü və ya səslərin yaradılması və yayılmasına qarşı cinayət sanksiyalarının tətbiq edilməsidir.
Gənclər və Uşaq və Ədliyyə Nazirliyinin birgə hazırladığı qanun layihəsində sosial mediada saxta hesab açılmasına görə mövcud cəzaların ağırlaşdırılması və sosial şəbəkələrə daxil olarkən fərdi məlumatların işlənməsinə razılıq yaşının artırılması kimi hüquqi islahatlar da daxildir.
İnternetdən məsuliyyətli istifadəni hədəfləyən hökumət uşaqların internetə aludəliyini və bununla bağlı riskli vəziyyətləri aşkar etmək üçün pediatriya mütəxəssisləri təyin etməyi və ibtidai məktəblərdə rəqəmsal təhlükəsizlik və rəqəmsal vətəndaşlıq təhsili kurslarını kurrikuluma daxil etməyi planlaşdırır.
Qeyd edək ki, İspaniyada uşaqların internetdən istifadəsinə nəzarət və məhdudlaşdırılması ilə bağlı müzakirələr son bir ildə əhəmiyyətli dərəcədə artıb.
İspaniya Məlumatların Mühafizəsi Agentliyinin son aylarda təqdim etdiyi hesabatda uşaqların pornoqrafik məzmuna daxil ola bilmə yaşının 12 yaşdan aşağı düşdüyünə diqqət çəkilib.İspaniyada mütəxəssislər uşaqlarda mobil telefondan istifadənin yuxusuzluq, stress və hətta depressiyaya səbəb ola biləcəyini deyirlər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...