İspaniyada daşqınlar: 8 bölgədə həyəcan siqnalı verilib
İspaniyanın Valensiya bölgəsində daşqınlara səbəb olan leysan yağışları davam edir. Ölkə ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar 8 muxtar rayonda baş verə biləcək daşqınlara qarşı həyəcan siqnalı verilib.
Ölkənin cənubunda Əndəlüs bölgəsindəki Malaqa və şərqdə Kataloniya bölgəsindəki Tarraqona şəhərlərinə xüsusi xəbərdarlıq edilib.
Şimalda Qalisiya, Kantabriya, Kastiliya, Leon və ortada yerləşən Kastiliya-La-Mançada da güclü yağış və fırtına xəbərdarlığı edilib, narıncı həyəcan siqnalı verilib. Malaqanın çay kənarındakı Quadalhorce şəhərində təxminən 3 min insan ehtiyat tədbiri olaraq evlərindən təxliyə edilib.
Əndəlüs muxtar hökuməti həmçinin 48-i Qranada, 29-u Malaga və 4-ü Almeriya olmaqla 81 bələdiyyədə “Regional Yerli Fövqəladə Hallar Planı”nı aktivləşdirdiyini açıqlayıb.
Bundan əlavə, selin baş verdiyi fəlakət bölgəsi Valensiyada noyabrın 11-də məktəblər açıldıqdan iki gün sonra bugünkü pis hava şəraiti səbəbindən təkrar bir gün müddətinə bağlanıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...