İspaniyada avtobus aşıb, 50-dən çox sərnişin xəsarət alıb
İspaniyanın Barselona regionunda baş verən qəzadan sonra həkimlər avtobusda olan 50-dən çox sərnişinə tibbi yardım göstəriblər.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi “X” hesabında məlumat yayıb.
Bildirilib ki, həkimlər 52 nəfərə yardım göstəriblər. Avtobus Pineda-de-Mar kəndi yaxınlığındakı tunelə daxil olarkən aşıb. Nəqliyyat vasitəsində 60-a yaxın adam olub.
Avtobus İspaniyanın “Inditex” geyim şirkətinin işçilərini daşıyırdı.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...