İsmail Serageldin: COP29-da bir sıra təşəbbüslər çox ciddi müzakirə olundu
Biz COP29-un sonuna yaxınlaşırıq. COP29 imkanlar yaradan konfrans oldu.
Fhnews.az xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin noyabrın 21-də keçirilən mətbuat konfransında söyləyib.
COP29-da 74 mindən çox iştirakçının olduğunu vurğulayan İ.Serageldin bildirib: “COP29 bütün dünyanı bir araya gətirdi. Bu, çox təsiredicidir. COP29-da bir sıra təşəbbüslər çox ciddi müzakirə olundu. Müzakirələr hələ də davam edir. Nəticələr hazır olanda COP29-un Prezidenti onu ictimaiyyətə açıqlayacaq”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin bütün qurumları ilə çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran İ.Serageldin deyib: “Bir sıra panel müzakirələrimiz oldu. Eləcə də rəsmi yekun bəyanatla bağlı dərin müzakirələr apardıq. Təbii ki, biz iqlim dəyişmələrinin təsirlərinin gender baxımından neytral olmadığını, onların qadınlara qeyri-mütənasib təsir etdiyini, statistikanın heyrətamiz olduğunu, bu dəyişmələrdən təsirlənən hər beş nəfərdən dördünü qadınların təşkil etdiyini bir daha təsdiqləmək istədik. Qadınlar icmaların sosial kapitalının əsas memarlarıdır”.
Almaniya Prezidenti Frank-Valter...
Azərbaycan-Avropa İttifaqı...
Ceyhun Bayramov İran Prezidentinin...
Azərbaycanın təşəbbüsü ilə BMT-də mina...
Azərbaycan ilə İran arasında ikitərəfli...