İslandiyada buz mağarası çöküb. İçəridə olan turistlər xəsarət alıb
İslandiyanın cənubundakı Breydamerkurjokull buzlağındakı buz mağarası çöküb.
Fhnews.az yerli mediaya istinadla xəbər verir ki, hadisə baş verən zaman mağarada 25 nəfərlik turist qrupu olub.
Hadisə yerinə göndərilən buzlaqlarda xilasetmə əməliyyatları üzrə ixtisaslaşmış qrup da daxil olmaqla, xilasetmə əməliyyatlarına fövqəladə hallar xidmətləri və sahil mühafizəsi əməkdaşları cəlb olunub. Bir neçə turistin mağaradan qaça bildiyi, onlardan ikisinin ağır yaralandığı, bəzilərinin isə hələ də orada olduğu bildirilir. Daha iki nəfərin axtarışları davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...