İslandiyada buz mağarası çökdü: 1 nəfər ölüb, 2 nəfər itkin düşüb
25 nəfərdən ibarət qrupun girdiyi mağara İslandiyanın cənubundakı Breidamerkurjokull buzlaqında çöküb. Polis çökmə nəticəsində 1 nəfərin öldüyünü, 2 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıb. İslandiya Polisindən verilən açıqlamada bildirilir ki, qəza baş verən zaman müxtəlif millətlərdən olan 25 xarici turistdən ibarət qrup buz mağaralarını ziyarət edib. Hadisə yerindəki təhlükə səbəbindən axtarışların bu gecə davam etdirilməsi təhlükəli hesab edilir. Bu səbəbdən axtarış işləri təxirə salınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...