İşğaldan azad olunmuş ərazilərdə tullantıların idarə edilməsinin müasir standartlara uyğun qurulması işlərinə başlanılıb
Hazırda işğaldan azad olunmuş ərazilərdə tullantıların müasir standartlara uyğun idarə edilməsi sisteminin qurulması işlərinə başlanılıb.
Fhnews.az xəbər verir ki, bunu COP29 çərçivəsində Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O qeyd edib ki, tullantıların idarə olunması məsələsi xüsusi diqqət tələb edir: “Bakı şəhərində məişət tullantılarının idarə edilməsində artıq nailiyyətlər var. Bölgələrdə isə müasir regional poliqonların və ötürücü məntəqələrin qurulması və mövcud poliqonların reabilitasiyası nəzərdə tutulub”.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...