2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İşğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili davam etdirilir

05-03-2025
IMG

“Azərpoçt” MMC-yə məxsus “Postcargo” şirkəti Qarabağ iqtisadi rayonunda fəaliyyət dairəsini genişləndirərək Şuşa şəhərinə də onlayn sifarişlərin çatdırılmasına başlayıb.

MMC-dən verilən məlumata görə, bu günə kimi Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən “Postcargo” artıq Şuşada yaşayan vətəndaşlarımızın da sifarişlərini tez və rahat şəkildə əldə etməsini təmin edəcək.

“Bunun üçün vətəndaşlar https://postcargo.az/ saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyadan sifarişlərini həyata keçirə və bağlamalarını birbaşa Şuşa Poçt Filialında qəbul edə bilərlər. Vətəndaşlardan çatdırılma məntəqəsini seçərkən AZ5800 indeks kodunu qeyd etmələri xahiş olunur”, - deyə məlumatda bildirilib.

Şuşa Poçt Filialı Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Xidmətləri Mərkəzində yerləşir. Xidmət həftəiçi saat 09:00-dan 17:00-dək, həftəsonu isə saat 09:00-dan 16:00-dək müştərilərin xidmətindədir.

Paylaş: