2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

İri və xırdabuynuzlu heyvanların saxlandığı təsərrüfatlarda monitorinqlər keçiriləcək

22-08-2024
IMG

Rayon (şəhər) üzrə təsadüfi seçmə üsulu ilə iri və xırdabuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında sentyabrın 2-dən 20-dək epizootoloji monitorinqlər keçiriləcək.

Fhnews.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Monitorinqlər zamanı xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanılaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramında əks olunacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.

Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq.

Paylaş: