2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İranın bir çox əyalətində enerjiyə qənaət məqsədilə məktəblər və inzibati müəssisələr bağlanıb

10-01-2025
IMG

İranın bir çox əyalətlərində enerjiyə qənaət etmək və ölkədə qaz balanssızlığını tənzimləmək üçün sabah ibtidai, orta və lisey məktəbləri, universitetlər, dövlət idarələri və banklar bağlı olacaq. 

Müvafiq olaraq Əlburz, Simnan, Kirman, Kirmanşah, Kürdüstan, Şərqi Azərbaycan, Qəzvin, Rəzəvi Xorasan, Gülüstan, Mazandaran, Zəncan, Cənubi Xorasan, Qum və Ərdəbildə məktəbəqədər, ibtidai, orta və lisey məktəbləri, universitetlər və dövlət idarələri işləməyəcək. 

Paytaxt Tehranda özəl təhsil müəssisələri və uşaq bağçaları, banklar, dövlət qurumları, dövlət və özəl inzibati müəssisə və təşkilatlar da bağlanıb.

Paylaş: