İranda zəlzələ olub, xəsarət alanlar var
İranın Gərmsar şəhərindən 5 kilometr şimal-şərqdə 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.
Fhnews.az xəbər verir ki, bu barədə İRNA Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, zərərçəkənlər yüngül bədən xəsarəti alıblar. Zəlzələ nəticəsində şəhərin bəzi yerlərində işıq və internet kəsilib.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...