İranda neft zavodunda partlayış olub
İranın Simnan vilayətində neft obyektində baş verən qəza partlayışlara səbəb olub, yanğın nəticəsində 2 nəfər ağır yaralanıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Simnan vilayətinin Germsar şəhərindəki neft müəssisəsində baş verən qəza 3 partlayışa səbəb olub.Partlayışlardan sonra başlayan yanğına müdaxilə edilib. Uzun səylərdən sonra yanğın nəzarət altına alınıb. Lakin yanğın zamanı 2 nəfər ağır xəsarət alıb.
Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Germsar paytaxt Tehrandan 120 kilometr cənub-şərqdə yerləşir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...