İranda bütün uçuşlar təxirə salınıb
İran Mülki Aviasiya Qurumunun sözçüsü Cafer Yazırlu uçuşların təhlükəsizliyi üçün ölkədəki bütün uçuşların sabah səhər saat 10:00-a qədər təxirə salındığını bildirib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Yazırlu ölkədəki sərnişin təyyarələrinin uçuş vəziyyəti ilə bağlı məlumat verib.
Yazırlu "Bölgədəki vəziyyət və raket hücumları səbəbindən uçuş təhlükəsizliyi üçün sabah səhər saat 10:00-a qədər ölkədəki bütün uçuşlar ləğv edilib"-deyib.
Yaxın saatlarda yeni reyslərlə bağlı açıqlama veriləcəyini deyən İran rəsmisi sərnişinlərin narahat olmamaları, lazım gələrsə bütün bilet haqlarının geri qaytarılacağını qeyd edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...