İran prezidenti: “Əxlaq polisi artıq qadınları narahat etməyəcək”
İran prezidenti Məsud Pezeşkian iyul ayında vəzifəyə gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib ki, bundan sonra əxlaq polisi hicab tələbi ilə bağlı qadınları narahat etməyəcək. Görüşdə qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini söylədikdən sonra Pezeşkian “İrşat” patrulu sizi yenə narahat edir? Bunu etməməli idilər. Biz bu məsələni izləyəcəyik ki, daha heç kimi narahat etməsinlər.”
Pezeşkianın görüşü zamanı bəzi qadın jurnalistlərə baş örtülərini sərbəst bağlamağa icazə verilməsi sərt geyim qaydalarının yumşaldılmasının əlaməti kimi şərh edilib. Qeyd edək ki, 2022-ci ildə İranın paytaxtı Tehranda Məhsa Əmini adlı gənc qadının hicab qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən saxlanılarkən vəfat etməsi ölkədə etiraz dalğasına səbəb olmuşdu.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...