2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

İran parlamenti iqtisadiyyat naziri Himmetiyə etimadsızlıq təklifini qəbul edib

02-03-2025
IMG

İranda iqtisadi problemlər qarşısında səmərəsiz olmaqda günahlandırılan iqtisadiyyat naziri Əbdülnasir Himmeti tutduğu vəzifədən uzaqlaşdırılıb.İran parlamenti iqtisadiyyat naziri Himmetiyə etimadsızlıq təklifini qəbul edib.

Açıq iclasda 6 saat davam edən müzakirələrdən sonra Himmətlə bağlı təklif səsə qoyulub. Təklif 89 əleyhinə 182 səslə qəbul edilib. Parlamentin 1 üzvü bitərəf qalıb. Belə ki, Himmeti parlamentdən etimad səsi ala bilməyib tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bir qrup millət vəkili iqtisadi problemlərin dərinləşməsinə görə məsuliyyət daşıyan İqtisadiyyat naziri Əbdünnasır Himmeti əleyhinə parlamentə etimadsızlıq təklifi təqdim edib. Himmeti valyuta və qızılın məzənnələrinin hədsiz artmasına biganə qalmaqda ittiham olunurdu. Fevralın 19-da Himmetiyə etimadsızlıq təklifi 91 millət vəkilinin imzası ilə gündəmə gətirilmək üçün qəbul edilmişdi.

Paylaş: