İqtisadiyyat naziri Türkiyənin “Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri Ali Kibar ilə görüşüb.
Fhnews.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb.
Tərəflər əlavə dəyər yaradan sahələrdə əməkdaşlığın gücləndirilməsi, sənaye məhsullarının istehsalına investisiya yatırımlarının təşviqi, energetika sektorunda fəal tərəfdaşlığın dəstəklənməsi kimi məsələləri müzakirə ediblər.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...