İqlim böhranı payızı gözləyən Avropaya qışı gətirdi
İtaliyada əlverişsiz hava şəraiti davam edir. Ölkənin şərqindəki Foggia şəhəri yaxınlığında baş verən sel fəlakəti də insan tələfatına səbəb olub.İtaliya Yanğınsöndürmə Qrupu sosial mediya X platformasındakı paylaşımında bildirib ki, Foggia yaxınlığında əlverişsiz hava şəraiti səbəbindən köməyə gələn yanğınsöndürmə briqadasının rəhbəri Antonio Ciccorelli sel suları altında qalaraq dünyasını dəyişib.
Ölkənin mərkəzi rayonlarını şimal bölgələri ilə birləşdirən və cənuba doğru uzanan A14 magistral yolu güclü yağışdan sonra Ancona və Peskara arasındakı hissəsi qismən su basması səbəbindən nəqliyyata bağlanıb.
Meteoroloji məlumatlara əsasən, ölkə ərazisində yağışlı hava şəraiti daha 48 saat davam edəcək.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...