İpək Yolu üzərində iki itirilmiş şəhərin qalıqları tapılıb
Elm adamları yeni araşdırmada Özbəkistanda Çindən Avropaya uzanan İpək Yolu üzərində iki itirilmiş şəhərin qalıqlarını tapdıqlarını açıqlayıblar.
Özbəkistan Milli Arxeologiya Mərkəzinin rəhbəri Maksudov və Vaşinqton Universitetinin arxeoloqu Maykl Fraçettinin rəhbərlik etdiyi kəşf pilotsuz uçuş aparatları və əks olunan işıqdan istifadə edərək ətraf mühitin üçölçülü xəritələrini yaradan "LiDAR" adlı uzaqdan zondlama cihazı sayəsində araşdırmaları həyata keçirib.
“Nature” jurnalında dərc olunan araşdırmada köçəri icmaların həyat tərzinə işıq salmaq baxımından bu araşdırmanın əhəmiyyəti vurğulanıb.Alimlərin dediyinə görə, 120 hektar əraziyə yayılmış Tuğunbulak minlərlə insanı qəbul edib.
VIII-XI əsrlər arasında mövcud olduğu güman edilən Tuğunbulakda aparılan qazıntılar zamanı təndir və ocaq qalıqları aşkar edilib.
Tugunbulakdan 5 kilometr aralıda yerləşən Taşbulakın 6-11-ci əsrlər arasında insanlara ev sahibliyi etdiyi təxmin edilir.Tədqiqatlar davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...