İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.
İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə, Azərbaycan hökumətinə, xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Yaralananların tezliklə sağalmalarını arzulayır, bu ağrı-acılı günlərdə Allahdan Sizə və Azərbaycan xalqına səbir və dözüm diləyirəm.
II Abdullah ibn Al Hüseyn
İordaniyanın Kralı
Bosniya və Herseqovinanın Rəyasət...
Qazaxıstan Respublikasının Prezidenti...
Rusiya Federasiyasının Həştərxan...
Rusiya Federasiyası Dağıstan...
Rusiyanın “Sberbank” Publik Səhmdar...