İordaniyada yaşlılara qulluq mərkəzində baş verən yanğında 6 nəfər ölüb
İordaniyada yaşlılara qulluq mərkəzində baş verən yanğında 6 nəfər ölüb, 60 nəfər isə yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə İordaniyanın rəsmi xəbər agentliyi Petra məlumat yayıb. Bildirilib ki, yanğın 80 kvadratmetr sahədə 111 sakinin yaşadığı Ağ Ailə Assosiasiyasının Yaşlılara Qayğı Mərkəzinin birinci mərtəbəsində baş verib.
Məlumatda yaralılardan beşinin vəziyyətinin ağır olduğu qeyd olunub.
Yanğının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...