2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İnsanlar iki yaş arasında daha tez qocalır

28-02-2025
IMG

Alimlər müəyyən ediblər ki, insan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir. Araşdırmalara görə, qocalma prosesində ən kəskin dəyişikliklər orta hesabla 44-60 yaş arasında baş verir.

Stenford Universitetinin genetiki Maykl Snayderin fikrincə, biz zamanla tədricən dəyişmirik, bəzi dövrlərdə həqiqətən dramatik dəyişikliklər yaşayırıq. 40-60 yaş arası bu dəyişikliklərin ən sıx olduğu dövrlərdir. Üstəlik, hansı molekul sinfinə baxsanız da, bu vəziyyət dəyişmir.

Yaşlanma prosesi mürəkkəb bioloji dəyişiklik prosesinə əsaslanır və bir çox xəstəliklərin riskini artırır.

Snayder və komandası bu prosesi daha yaxşı başa düşmək və yaşa bağlı xəstəliklərlə mübarizənin effektiv üsullarını hazırlamaq üçün insan orqanizmindəki bioloji dəyişiklikləri izləyib. Tədqiqatçılar bir neçə il ərzində müntəzəm olaraq 108 böyükdən bioloji nümunələri araşdırıblar.  Ümumilikdə 135 mindən çox bioloji faktor təhlil edilib və qocalma prosesində əhəmiyyətli dəyişikliklər göstərən molekullar aşkar edilib.

Tədqiqata görə, bədəndəki molekulların təxminən 81 faizi 44-60 yaş arasında əhəmiyyətli dəyişikliklər göstərir.

40 yaşın ortalarında lipid, kofein və spirt mübadiləsi, ürək-damar xəstəlikləri, dəri və əzələ funksiyaları ilə bağlı molekullarda əhəmiyyətli dəyişikliklər olduğu halda, 60 yaşın başlanğıcında karbohidrat mübadiləsində, immun sistemində və böyrək funksiyalarında dəyişikliklər müşahidə edilir. 

Bu yaş aralıqları qadınlarda menopoz və ya perimenopauza ilə üst-üstə düşdüyü üçün alimlər bunun əsas faktor olub-olmadığını da araşdırıblar. Ancaq araşdırmalar kişilərin də eyni yaş aralığında oxşar bioloji dəyişikliklər yaşadığını göstərib.

Paylaş: