İngiltərədə siçovul istilası
İngiltərənin Birmingem şəhərində zibil toplama işçilərinin tətil etməsi və HS2 yüksək sürətli qatar layihəsi səbəbindən siçan populyasiyasında böyük artım olduğu açıqlanıb. Şəhər sakinləri deyirlər ki, bəzi siçovullar demək olar ki, pişik boydadır və avtomobilin naqillərini dişləyərək onlara zərər verirlər.
Drews Lane və Washwood Heath kimi ərazilərdə yaşayan sakinlər bildiriblər ki, gəmiricilər zibil qablarında yuva qurur və başlıqların altına girərək böyük maddi ziyana səbəb olur.
Birmingem Şurası 2024-cü ildə siçovullarla mübarizə üçün 24 sretlinq xidmət haqqı tətbiq edib. Müxaliflər tərəfindən “siçan vergisi” adlandırılan bu təcrübə şəhərdə böyük müzakirələrə səbəb olub.
Bələdiyyə zibiltoplama aksiyası ilə əlaqədar bəzi ərazilərdə fasilələr yarandığını etiraf etsə də, hər evə ən azı həftədə bir dəfə zibil toplama xidmətinin göstərilməyə davam etdiyini bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...