İndoneziyada yük maşınının çaya düşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
İndoneziyanın qərbindəki Riau əyalətində 32 nəfəri daşıyan yük maşınının çaya düşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə ANTARA agentliyi məlumat yayıb. Əyalətin axtarış-xilasetmə idarəsindən bildirilib ki, üç gündən bəri davam edən axtarışlara baxmayaraq, cəsədlər suyun üzərinə çıxdıqdan sonra müəyyənləşib.
Qeyd edilib ki, yük maşını işçiləri və onların ailə üzvlərini şirkətdən bazara mal almaq üçün aparırmış.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...