2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İndoneziyada yenidən vulkanın püskürməsi ehtimalı ilə əlaqədar vətəndaşlar daimi təxliyəyə çağırılıb

07-11-2024
IMG

İndoneziyanın Flores adasındakı Levotobi Laki Laki vulkanının yenidən püskürməsi halında 2600-dən çox ailədən  ərazini daimi olaraq tərk etmək çağırışı edilib. 

“The Jakarta Post” qəzetinin məlumatına görə, İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyi vulkanda artan vulkan aktivliyi səbəbindən bölgədə ən yüksək səviyyə olan “4-cü səviyyə” xəbərdarlıq statusu elan edib.Agentlik vulkan ətrafındakı 7 kilometrlik ərazidə yaşayan 2600-dən çox ailəni ərazini daimi olaraq tərk etməyə çağırıb.

İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyinin sözçüsü Əbdül Muhari qeyd edib ki, bu qərar gələcəkdə vulkan püskürmə ehtimalına qarşı atılan uzunmüddətli addımlardan biridir.

Xatırladaq ki, noyabrın 4-də vulkanın püskürməsi nəticəsində 9 nəfər həlak olub.

Paylaş: