İndoneziyada torpaq sürüşməsi və daşqınlar nəticəsində itkin düşənlərin sayı 46-ya çatıb
İndoneziyanın Gorontalo əyalətində torpaq sürüşməsi və daşqınlar nəticəsində itkin düşənlərin sayı 46-ya çatıb
Fhnews.az xəbər verir ki, əyalət axtarış-xilasetmə idarəsinin rəhbəri Heriyanto itkin düşənlər arasında mədənçilərin və onları təchiz edən kənd sakinlərinin olduğunu bildirib. Qeyd edilib ki, onların hamısı mədən zonaları daxilində düşərgələrdə məskunlaşıb.
Heriyanto 230 nəfərdən ibarət müştərək xilasetmə qrupunun öz fəaliyyətini davam etdirdiyini söyləyib. O, qrup üzvlərinin fərqli istiqamətlərdə axtarışlar apardığını vurğulayıb.
Məlumatda bildirilib ki, fasiləsiz yağan yağışlar mədən ərazisinə giriş-çıxışa və ağır texnikanın yerləşdirilməsinə mane olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...