2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İndoneziyada qızıl mədənində torpaq sürüşməsi baş verib, ölənlər var

09-07-2024
IMG

İndoneziyanın Qorontalo əyalətində yerləşən qızıl mədənində torpaq sürüşməsi nəticəsində azı 17 nəfər həlak olub. Hazırda xilasedicilər torpaq altında qalan insanların axtarışını davam etdirir.

Fhnews.az Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, yerli fövqəladə hallar xidməti hadisə nəticəsində 45 nəfərin torpaq altında qaldığını güman edir. Eyni zamanda, xilasedicilər 50-dən çox insanı xilas etməyə nail olublar.

Ötən həftənin sonlarında güclü yağışlar Sulavesi adasındakı mədəndə də torpaq sürüşməsinə səbəb olmuşdu.

Qeyd edək ki, İndoneziyada qeyri-qanuni qızıl hasilatı geniş yayılıb. Burada yoxsul insanlar qiymətli metalı çıxarmaq üçün böyük təhlükələrlə üzləşirlər. Mədənlərdə təhlükəsizlik standartlarının olmaması səbəbindən mütəmadi olaraq ölümlə nəticələnən qəzalar baş verir.

Paylaş: