İndoneziyada Marapi vulkanı yenidən püskürüb
İndoneziyanın Qərbi Sumatra əyalətindəki Marapi vulkanı yerli vaxtla saat 13:04-də yenidən püskürərək iki kilometrədək hündürlüyə qalın kül atıb.
Fhnews.az xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, dəniz səviyyəsindən təxminən 2900 metr hündürlükdə yerləşən vulkan ölkənin dörd pilləli sistemi üzrə ikinci ən yüksək xəbərdarlıq səviyyəsində qalmaqdadır.
Xatırladaq ki, ötən ilin dekabrında həmin ərazidə vulkan püskürməsi nəticəsində onlarla səyahətçi həlak olmuşdu. Təbii fəlakət səbəbindən yerli hava limanında uçuşlar təxirə salınmışdı.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...