İlk türkiyəli kosmonavt Türkiyə Kosmik Qüvvələri Komandanlığına təyin edilib
Türkiyə tarixində ilk kosmonavt Alper Gezeravcı ölkənin Kosmik Qüvvələri Komandanlığına təyin edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinin pilotunun Milli Kosmik Proqramın həyata keçirilməsində iştirakını yüksək qiymətləndirib.
Son aylarda Gezeravcı gənc nəslin kosmik texnologiyaya marağının artırılmasına töhfə vermək məqsədilə uşaqlar və gənclərlə çoxsaylı görüşlər keçirib.
İlk türkiyəli kosmonavt Türkiyənin texnoloji inkişafı üçün “TECHNOFEST” festivalı kimi təşəbbüslərin əhəmiyyətini dəfələrlə vurğulayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...