İlin ən möhtəşəm səma hadisəsi: meteor yağışı bu gecə başlayır
Meteor yağışının mənbəyi 3200 Phaethon asteroidinin Günəş ətrafında orbiti zamanı buraxdığı fraqmentlərdir. Bu kiçik meteorlar böyük sürətlə Yer atmosferinə daxil olur və yanır, atmosferdə işıq zolaqları əmələ gətirir, valehedici mənzərə yaradır. Geminid meteor yağışı dekabrın 4-dən görünməyə başlayıb dekabrın 20-dək davam edəcək. Müşahidə üçün ən ideal vaxt gecənin düşməsi ilə sübh arasındadır. Bunun üçün səhər işıqlarından uzaq bir ərazi seçilməlidir. Qaranlıq ərazi meteorları daha aydın görməyə imkan verir.
Astronomların "ilin ən yaxşısı" olaraq xarakterizə etdikləri Əkizlər meteor yağışı hətta avqust ayında baş verən Perseid yağışını da üstələyir. Gecənin erkən saatlarında başlaya bilməsi bu təbiət hadisəsini izləmək üçün fərqli üstünlüklər təqdim edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...