2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İkinci Dünya Müharibəsindən qalma döyüş gəmisi Dunay çayında aşkar edilib

13-09-2024
IMG

Serbiyanın şərqində Prahovodan keçən Dunay çayında su çəkilərkən İkinci Dünya Müharibəsindən qalma alman hərbi gəmisinin qalıqları üzə çıxıb.

Yerli mətbuatda yer alan xəbərə görə, Prahovo kəndinin yerləşdiyi Dunay çayı son günlər müşahidə edilən həddindən artıq istilər səbəbindən çəkilib. İkinci Dünya Müharibəsində batan alman hərbi gəmisi çayın səthində gövdəsinə qədər üzə çıxıb. Sözügedən gəmi qalıqlarının paslansa da, demək olar ki, bütövlüyünü qoruyub saxlaması diqqət çəkib.

Yerli media gəminin 1944-cü ildə keçmiş Sovet İttifaqı qoşunlarının tərkibindən alman gəmilərinin çıxarılmasının bir hissəsi olan faşist Almaniyasının Qara dəniz donanmasından biri olduğunu bildirib.

Serbiyanın Rumıniya ilə sərhədində, Dunay çayında İkinci Dünya Müharibəsi zamanı batan 200-dən çox gəminin tapıldığı və onların 80 ildir bu bölgədə suyun dərinliyində qumun altında basdırıldığı bildirilib.

Paylaş: