Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb
Hyustonda baş verən dağıdıcı fırtına nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.
Fhnews.az “Barrons” saytına istinadla xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti “EF-1” tornadosunun ABŞ-ın dördüncü ən böyük şəhərinin mərkəzində böyük dağıntılara səbəb olduğunu bildirib.
Məlumata görə, tornado zamanı iki orta məktəb şagirdi yaralanıb. Ümumilikdə 274 məktəbi olan Hyustonda 136 təhsil müəssisənin elektrik enerjisi kəsilib. Bölgədə 700 mindən çox insan hələ də işıqsız qalıb.
Hyuston meri Con Vaytmire şəhər üçün yerli fəlakət bəyannaməsi imzalayıb.
Qeyd edək ki, mayın əvvəlindən bəri şiddətli fırtına və daşqınlar Hyuston bölgəsində ciddi fəsadlara, o cümlədən məktəblərin bağlanmasına səbəb olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...