Hindistanın paytaxtı Yeni Dehlidə yeni qadağa
Dünyanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biri olan Hindistanın paytaxtı Yeni Dehlidə 2025-ci il yanvarın 1-dək fişəng istehsalı, satışı və istifadəsi qadağan edilib.
“Hindustan Times” qəzetinin məlumatına görə, Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai məsələ ilə bağlı açıqlama verib.
Rai paytaxtda havanın çirklənməsinə nəzarət etmək üçün bu addımın atıldığını deyib. Qadağanın ciddi şəkildə həyata keçirilməsi üçün müvafiq bölmələrin birgə hərəkət edəcəyini bildirən nazır bu işdə hər bir vətəndaşın məsuliyyətinin də vacib olduğunu bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...