2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Hindistanda uçqun altında qalan 41 nəfərin xilas edilməsi üçün işlər aparılır

28-02-2025
IMG

Hindistanın Uttarakhand əyalətində uçqun altında qalan 57 nəfərdən 16-sı xilas edilib, digərlərinə çatmaq üçün səylər davam etdirilir.
“Hindustan Times” qəzetinin məlumatına görə,  əyalətin şimalında, Çinin Tibet Muxtar Bölgəsi ilə sərhədinə yaxın olan bir yola qar uçqunu düşüb.

Səlahiyyətlilər qar uçqunundan zərər çəkmiş əraziyə girişin olmadığına və hava şəraitinin xilasetmə işlərini çətinləşdirdiyinə diqqət çəkərək, itkin düşən 41 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.

Paylaş: