Hindistanda son 48 saat ərzində yağan güclü yağışlar nəticəsində 17 nəfər ölüb
“İndia Times”ın məlumatına görə, Qucarat və Racastan ştatlarında üç gündür güclü yağışlar ciddi problemlər yaradıb.Son 48 saat ərzində yağan yağışlar nəticəsində 17 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.
Bildirilir ki, Qucaratda təxminən 20 min insan yağışlardan zərər çəkib, 6 min insan isə təhlükəsiz ərazilərə təxliyə edilib.
İki əyalətdə yağışdan təsirlənən bölgədəki bəndlərin çoxunun daşmasından sonra səlahiyyətlilər daşqın xəbərdarlığı edib.Bundan əlavə, hər iki ştatda yağışdan təsirlənən bölgələrdə məktəblər iki gün müddətinə bağlanıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...