Hindistanda 33 seçki məmuru həddindən artıq istilər səbəbindən ölüb
Hindistanda keçirilən ümumi seçkilərin 7-ci və son mərhələsində 33 seçki məmuru həddindən artıq istilər səbəbindən həyatını itirib.
Hindistanın NDTV kanalının xəbərinə görə, Uttar Pradeş əyalətinin Baş Seçki Mütəxəssisi Navdeep Rinva ölkə daxilində həddindən artıq istilərin seçkilərdə vəzifəsini yerinə yetirən məmurlara də təsir etdiyini vurğulayıb.İstilər səbəbiylə əyalətdə 33 seçki məmurunun həyatını itirdiyini bildirən Rinva onların təmizlik və təhlükəsizlik işçilərinin olduğunu qeyd edib.Rinva ölənlərin ailələrinə 1,5 milyon rupi (təxminən 18 min dollar) təzminat ödəniləcəyini açıqlayıb.
Xatırladaq ki, həddindən artıq istilərin təsirli olduğu Hindistanda ötən həftə 40 nəfər həyatını itirib.Bütün zamanların ən yüksək temperaturu paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...