2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Hindistanda “Su-30MKI” qırıcısı qəzaya uğrayıb

05-06-2024
IMG

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-30 MKI” qırıcısı qərbi Maharaştra ştatında qəzaya uğrayıb.

Fhnews.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Şirasqaon kəndi yaxınlığında əkin sahəsinə düşüb və alovlanıb.

Qəza yerinə polis və təcili yardım xidmətləri gəlib. Pilotlara tibbi yardım göstərilib.

Paylaş: