Hindistanda “Su-30 MKI” qırıcı təyyarəsi qəzaya uğrayıb
Hindistanın Maharaştra əyalətində “Su-30 MKI” döyüş təyyarəsi qəzaya uğrayıb, fırlatma oturacaq sistemindən istifadə edən 2 isə pilot sağ qalıb.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, “Su-30 MKI” sınaq uçuşu zamanı naməlum səbəbdən vilayətin Naşik şəhərində qəzaya uğrayıb.
Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti açıqlamasında pilotların texniki nasazlıq barədə məlumat verdiyini və təyyarənin qəzaya uğrama səbəbinin araşdırmadan sonra aydınlaşacağını bildirib.
Hindistan Hərbi Hava Qüvvələrindən olan mənbələr sözügedən döyüş təyyarəsinin sınaq və baxış üçün “Hindustan Aeronautics Limited” şirkətinə göndərildiyini qeyd edib.”Su-30 MKI” qırıcı təyyarəsi Rusiya tərəfindən verilmiş lisenziya əsasında Hindistanda istehsal olunur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...