Hindistanda “Kumbh Mela” festivalı iştirakçı sayına görə rekord qırıb
Hindistanda dünyanın ən böyük dini “Kumbh Mela” festivalı başa çatıb. 45 gün davam edən festivalda iştirakçıların ümumi sayı 640 milyonu ötüb. Festivallar festivalı kimi tanınan “Kumbh Mela” hər 12 ildən bir keçirilir. Bu ilki festival Maha Kumbh Mela kimi tanınır və hər 144 ildən bir təşkil olunur. Festivala müqəddəs sayılan Qanq və Yamuna çaylarının qovuşduğu Prayagraj ev sahibliyi edib.
Yanvarın 13-dən davam edən festivalda iştirakçıların sayı 640 milyonu keçib. Lakin izdihamlar nəticəsində təəssüf ki, ölənlər də olub. Beləki, yanvarın 29-da baş verən izdihamda 30 nəfər ölüb. Bu ay isə festivala getmək üşün paytaxt Yeni Dehlidə yaranan izdihamda 18 nəfər ölüb.
Qeyd edək ki, “Kumbh Mela” UNESCO-nun qeyri-maddi mədəni irs siyahısındadır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...