Hindistanda fillərin hücumu nəticəsində beş nəfər ölüb
Hindistanın cənubundakı Andhra-Pradeş ştatında vəhşi fil sürüsünün hücumu nəticəsində azı beş nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Fhnews.az “Hindustan Times” qəzetinə istinadla xəbər verir ki, polis orqanlarının məlumatına görə, təcili olaraq xəstəxanaya aparılan yaralılardan ikisinin vəziyyəti ağırdır.
Bayram tədbirlərində iştirak etmək üçün məbədə gedən induist dindarlar ştatın paytaxtı Amaravatidən təxminən 436 kilometr cənubda, Seşaçalam meşəsində hücuma məruz qalıblar.
Daha sonra polis və meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə yerinə gələrək xilasetmə işlərinə başlayıblar.
Qeyd edək ki, hər il Hindistanda yırtıcı heyvanların hücumu nəticəsində çox sayda insan ölür və yaralanır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...