Hindistanda avtobusun yanması nəticəsində doqquz nəfər ölüb
Hindistanın şimalındakı Haryana ştatında şənbə günü avtobusun alovlanması nəticəsində 9 nəfər həlak olub, 15 nəfər isə yanıq xəsarətləri alıb.
Fhnews.az “Hindistan Times” saytına istinadla xəbər verir ki, qonşu Pəncab əyalətindən olan hindu dindarlarını, o cümlədən qadın və uşaqları daşıyan nəqliyyat vasitəsi Kundli-Manesar-Palval ekspress yolunda yanıb.
Rəsmilərin məlumatına görə, içərisində təxminən 60 nəfər olan avtobus hərəkətdə olarkən alışıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib və vəziyyətləri stabildir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...