Hindistan yerli uzaq mənzilli raketini sınaqdan keçirib
Hindistan Müdafiə Nazirliyi 1500 kilometrdən çox mənzilə malik yerli hipersəs raketini sınaqdan keçirdiyini açıqlayıb. Hindistan Müdafiə Nazirliyindən verilən açıqlamada sınaqdan keçirilən yerli raketin böyük miqdarda faydalı yük daşıma qabiliyyətinə malik olduğu bildirilib.
Açıqlamada qeyd edilib ki, uçuş məsafəsi 1500 kilometri keçən hipersəs raketinin manevr qabiliyyəti və dəqiq zərbə müvəffəqiyyəti uçuş məlumatları ilə təsdiqlənib.
Hindistanın müdafiə naziri Rajnath Singh verdiyi açıqlamada raket sınağını tarixi uğur kimi qiymətləndirərək, “Bu sınaq Hindistanı qabaqcıl hərbi texnologiyaya malik nadir dövlətlər kateqoriyasına daşıdı”- deyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...