Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır.
AYNA-dan verilən məlumata görə, müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlandığından həm davamlı, həm də ətraf mühitə zərərsizdir. Həmçinin korroziyaya dayanıqlı olan bu nişanlar maksimum işıqqaytarıcı və aydın görüntünü təmin edir.
Əvvəlkilərlə müqayisədə daha kompakt ölçüləri sayəsində bu nişanlar şəhərimizdə xoşagəlməz görüntünü azaltmağa kömək edir.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...