2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür

01-03-2025
IMG

Mövcud hava şəraiti ilə əlaqədar bölgələrdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, xüsusilə qarın daha çox yağdığı dağlıq və dağətəyi rayonlarda, magistral yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.

Həmçinin piyadaların rahat və təhlükəsiz şəraitdə mənzilbaşına çatmaları üçün lazımi kömək göstərilir.

Paylaş: