Hava limanı-Mərdəkan avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan avtomobil yolunun 3-cü kilometrində (“Bravo” marketin yaxınlığı) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq sentyabrın 6-sı saat 22:00-dan etibarən qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, görülən işlər zamanı yol bağlanmır.
Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...