2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Hərbi Polis İdarəsində təlim kursu keçirilib

08-06-2024
IMG

Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçib.

Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub.

Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.

Paylaş: