Hanoyda kafedə baş verən yanğın 11 nəfərin ölümünə səbəb olub
Vyetnamın paytaxtı Hanoy şəhərində üçmərtəbəli kafedə baş verən yanğında 11 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bununla bağlı Vyetnam Xəbər Agentliyi (VNA) məlumat yayıb. Bildirilib ki, polis yanğını qəsdən törətməkdə şübhəli bilinən 51 yaşlı kişini həbs edib.
Polisin məlumatına görə, şübhəli şəxs işçilərlə mübahisədən sonra kafenin birinci mərtəbəsində benzin istifadə edərək yanğın törətdiyini etiraf edib.
Yanğınsöndürənlər daha yeddi nəfəri xilas edə bilib, onlardan beşinin vəziyyəti kafidir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...